آدام نه دیر ؟ اودون دور بیر ساللاقلیق قویون دور داوام سیز زندگانلیق بیر مسخره اویون دور adam nədir odundur bir sallaqliq qoyundur davamsiz zendəganliq bir məsxərə oyundur
الیندن قاچار گئدر ایشیق تک ساچار گئدر گنجلیک بیر بالا قوشدور توتماسان اوچار گئدر əlindən qaçar gedər işiq tək saçar gedər genclik bir bala quşdur tutmasan uçar gedər
دونیا بیر باتاق ،نه دیر ؟ بیر قارادوستاق ،نه دیر ؟ درد،عذاب،هیجران،اؤلوم سن سیز یاشاماق نه دیر ؟ dünya bir bataq, nədir ? bir qara dustaq, nədir ? dərd,əzab,hicran,ölüm sənsiz yaşamaq nədir ?
یار گئدیب،گئنه گلر قاییدیب منه گلر بو سؤز ضرب المثل دیر سَنین کی سَنَه گلر yar gedib,gənə gələr Qayidib mənə gələr bu söz zərbi-məsəldir səninki sənə gələr
دونیانین گؤل،باغی سن سئوگینین دایاغی سن گؤیدَ ه کی اولدوزلارین لاپ گؤزل پارلاغی سن dünyanin gül,baği sən sevginin dayaği sən göydəki ulduzlarin lap gözəl parlaği sən
قودوق،ائششک،آت ایچین بیر پارا،مانات ایچین اینسان درد،عذاب چکیر موتلو بیر حیات ایچین qoduq,eşsək,at için bir para,manat için insan dərd,əzab çəkir mutlu bir həyat için